DÜNYA

06 Aprel

"Avropada daha güclü banklar yaradılmalıdır"

UBS-in baş direktoru Sergio Ermotti cümə günü İtaliyanın Cernobbio şəhərində keçirilən tədbirdə Avropadakı bank sistemi ilə bağlı açıqlamalar verib.

Fins.az xəbər verir ki, Ermotti çıxışında qeyd edib: 

"Avropa üçün daha güclü bankların yaradılmasına qlobal səviyyədə daha rəqabətqabiliyyətli olmağa imkan vermək vacibdir".

Ermotti, "Bankların birləşməsini təmin etmək və ya asanlaşdırmaq üçün sadəcə bir böhran gözləməməliyik" dedi.

Avropa banklarının kapital bazarlarını birləşdirmək üçün səylərini tamamlamadıqca Wall Street ilə rəqabət apara bilməyəcəklərini ifadə edən Etmotti, Credit Suisse-in iflasa yaxın olması kimi böhranların bölgədə bank birləşmələrini təşviq etmək üçün etibar edilməməsi lazım olduğunu söylədi.

Digər tərəfdən, İsveçrə hökuməti ötən il UBS-in Credit Suisse-i ələ keçirməsindən sonra öz iqtisadiyyatını bankların müflis ola bilməyəcəyi qədər böyük risklərdən qorumağa yönəlmiş təkliflər təqdim etməyə hazırlaşır.

Günel Məlikzadə
Fins.az