DÜNYA

06 Aprel

Yellen Çinə səfəri zamanı nəyə işarə edib?

Səfərinin ilk dayanacağında amerikalı nazir ölkənin cənubundakı Quanqdon əyalətinin mərkəzi Quancou şəhərində Amerika Ticarət Palatasının (AmCham) nümayəndələri ilə görüşüb.

Fins.az xəbər verir ki, Yellen görüş zamanı ABŞ-ın Çinlə sağlam iqtisadi əlaqələr qurmaq istədiyini və Çinlə iqtisadi əlaqələri kəsmək istəmədiyini vurğulayıb.

ABŞ və Çin iqtisadiyyatlarının birlikdə qlobal ümumi məhsulun 40%-ını təşkil etdiyinə diqqət çəkən Yellen, "ABŞ və Çin arasındakı iqtisadi əlaqələr dünyanın ən mühüm ikitərəfli iqtisadi əlaqəsidir. Dünyanın hər yerindən dövlətlər bu iqtisadi əlaqələri yaxından izləyir. Bu münasibətləri məsuliyyətlə idarə etmək lazımdır” dedi.

Yellen AmCham-ın sorğusunda Çində fəaliyyət göstərən Amerika şirkətlərinin üçdə birinin çinli rəqibləri ilə müqayisədə haqsız rəftarla qarşılaşdıqlarını ifadə etdiyini xatırladıb. Xarici şirkətlərin bazara çıxışı qarşısındakı maneələrin və Amerika şirkətlərinə qarşı zor tətbiqlərinin biznesə zərər verdiyinə diqqət çəkib. 

Günel Məlikzadə
Fins.az