DÜNYA

05 Aprel

Yellenin Çinə səfəri zamanı gündəmdə bu var

Nazirlik mənbələrinin bildirdiyinə görə, Çindəki təmasları zamanı Yellen iki ölkə arasında iqtisadi, ticari əlaqələrdə Amerika biznesləri, işçiləri üçün "ədalətsiz" hesab edilən siyasət və təcrübələri gündəmə gətirəcək.

Fins.az xəbər verir ki, Pekin administrasiyasının elektriklə işləyən avtomobillərin, bərpa olunan enerji avadanlıqlarının istehsalına dövlət dəstəyinin bu sektorlarda yaratdığı həddindən artıq tutum və bunun qlobal bazarda yaratdığı balanssızlıqlar Yellen-in gündəmindəki prioritet müzakirə mövzuları arasında olacaq.

Yellen, Çinə səfəri zamanı yanacaq doldurmaq üçün dayandığı Alyaskada amerikalı jurnalistlərə verdiyi açıqlamada, səfərinin İndoneziyanın Bali adasında keçirilən G20 Sammitində ABŞ prezidenti Co Bayden və Çin Dövlət Başçısı Si Jinping arasındakı görüşlə əlaqəli olduğunu söylədi. 

Günel Məlikzadə
Fins.az