Yaponiyanın maliyyə naziri Shunichi cümə günü mətbuata yenanın son ucuzlaşması ilə bağlı danışıb.
Fins.az xəbər verir ki, məzənnədəki sərt hərəkətlərin arzuolunmaz olduğunu deyən Suzuki hökumətin yenin ucuzlaşmasına qarşı müvafiq tədbirlər görməkdə qərarlı olduğunu bir daha vurğulayıb.
Valyuta məzənnələrinin əsas göstəriciləri əks etdirməsi üçün sabit bir şəkildə hərəkət etməsinin vacib olduğunu ifadə edən Suzuki "Həddindən artıq volatillik arzu olunan bir vəziyyət deyil" dedi.
Suzuki, həddindən artıq valyuta hərəkətlərinə heç bir variantı gözardı etmədən cavab verməyə hazır olduqlarını da ifadə etdi.
Yaponiya Mərkəzi Bankının səkkiz illik mənfi faiz dərəcələrinə son qoyan tarixi siyasət dəyişikliyinə baxmayaraq, yen keçən həftə dollar qarşısında 151,975 ilə 34 ilin ən aşağı səviyyəsinə düşüb.
Günel Məlikzadə
Fins.az