DÜNYA

04 Aprel

ABŞ-ın özəl sektorunda yeni yaranan iş yerlərinin sayı 184 min artıb

“Automatic Data Processing” (ADP) analitik şirkətinin press-relizinə əsasən, mart ayında ABŞ-ın özəl sektorunda yeni yaranan iş yerlərinin sayı 184 min artıb.

Fins.az xəbər verir ki, ekspertlər göstəricinin 148 min artacağını proqnozlaşdırmışdılar.

Əlavə olaraq, fevral ayı üzrə nəticələrə yenidən baxılıb - həmin dövr üçün artım 140 min yox, 155 min təşkil edib.

ABŞ-ın kiçik biznes sektorunda mart ayında yeni iş yerlərinin sayı 16 min - 50-499 nəfər işçi heyəti olan orta şirkətlərdə 93 min, iri şirkətlərdə isə 87 min artıb.

Xidmət sektorunda yeni iş yerlərinin sayı 142 min, istehsalat sektorunda isə 42 min artıb. Ölkənin özəl tikinti sektorunda mart ayında göstərici 33 min, sənaye sektorunda 1 min, təbii sərvətlərin çıxarılması sektorunda isə 8 min artıb.