DÜNYA

04 Aprel

Fevralda Avrozonada işsizlik səviyyəsi 6.5% təşkil edib

Avropa Statistika Agentliyi “Eurostat”-ın hesabatına əsasən, Avrozonada işsizlik səviyyəsi fevral ayında 6.5% səviyyəsində qalıb.

Fins.az xəbər verir ki, analitiklər göstəricinin 6.4% təşkil edəcəyini proqnoz etmişdilər.

Aİ-də fevral ayında işsizlik səviyyəsi yanvar ayında olduğu kimi 6% olub.

2023-cü ilin fevral ayında Avrozonada işsizlik səviyyəsi 6.6%, Aİ-də isə 6% təşkil edib.

Mütləq ifadə ilə, hesabat dövründə Aİ-də işsizlərin sayı 13.249 milyon nəfər təşkil edib ki, bunun da 11.102 milyonu Avrozona ölkələrinin payına düşüb.

Ölkələr üzrə fevralda ən aşağı işsizlik səviyyəsi Çexiyada (2.6%), Polşada (2.9%) və Sloveniyada (3.1%) qeydə alınıb. Ən yüksək göstəricilər İspaniyada (11.5%), Yunanıstanda (11%) və İsveçdə (8.1%) müşahidə olunub.