“Eurostat” agentliyinin verdiyi məlumata əsasən, ilkin hesablamalara görə, Avrozonada illik inflyasiya fevral ayı ilə müqayisədə mart ayında 2.6%-dən 2.4%-ə enib.
Fins.az xəbər verir ki, analitiklər göstəricinin fevral ayında olduğu kimi, 2.6% səviyyəsində dərc olunacağını proqnozlaşdırmışdılar.
Aylıq ifadədə mart ayında Avrozonada istehlak qiymətləri, ilkin hesablamalara görə, 0.8% artıblar.
Hesabat dövründə illik ifadədə baza inflyasiyası 3.1%-dən 2.9%-ə qədər azalıb. Ekspertlər 3%-ə qədər zəifləmə proqnoz edirdilər.
Ən yüksək illik inflyasiya Xorvatiyada (4.9%), ən aşağı göstərici isə Litvada (0.3%) qeydə alınıb.