Dünyanın 12 ölkəsi 2030-cu ilə qədər 62 min 300 meqavatlıq nüvə enerjisini istifadəyə verməyi planlaşdırır.
Fins.az xəbər verir ki, Ümumdünya Nüvə Assosiasiyasının (WNA) məlumatlarına görə, hazırda dünyanın 30-dan çox ölkəsində təxminən 440 nüvə reaktoru var. Sözügedən reaktorlar qlobal elektrik ehtiyacının 10 faizini ödəyir.
İlk kommersiya atom elektrik stansiyalarının işə salındığı 1950-ci illərdən bəri ümumilikdə 214 reaktor istismardan çıxarılıb.
Bu il Hindistan, ABŞ və Birləşmiş Ərəb Əmirliklərində 3 reaktor elektrik şəbəkəsinə qoşulub. Misir, Çin və Rusiyada isə 3 reaktorun tikintisinə başlanılıb. İlin əvvəlindən Rusiyada 1 reaktor bağlanıb.
Nüvə enerjisinə üstünlük verilməkdə davam edir, çünki o, ekoloji cəhətdən təmiz texnologiya hesab edilir. Elektrik enerjisi istehsal gücünə görə digər enerji mənbələrini üstələyir.
Günel Məlikzadə
Fins.az