1995-ci ilin yanvarında baş vermiş Böyük Hanşin zəlzələsindən, JSCE 2011-ci ilin martında Tohoku zəlzələsindən əldə edilən məlumatlara əsaslanaraq, 2018-ci ildə mümkün böyük Tokio zəlzələsi üçün proqnozlaşdırdığı 731 trilyon yen iqtisadi itkini yenilədi.
Fins.az xəbər verir ki, araşdırmada ola biləcək böyük zəlzələdən sonra çökən yollar və körpülər səbəbiylə dayandırılan istehsal fəaliyyətləri də daxil olmaqla, "20 illik bir müddətdə dolayı itkilərin 954 trilyon yen (6,4 trilyon dollar) ola biləcəyi" açıqlandı.
Zəlzələdən sonra mərkəzi və yerli hökumətlərin vergi gəlirləri itkilərinin birbaşa və dolayı itkilərlə birlikdə 1 katrilyon yen (6,7 trilyon dollar) məbləğində ümumi iqtisadi itkiyə səbəb ola biləcəyi təxmin edilirdi.
Günel Məlikzadə
Fins.az