DÜNYA

15 Mart

Avropada qazın qiymətləri sabit olaraq qalır

Londonun “ICE” birjasının məlumatına əsasən, cümə axşamı günün ikinci yarısında Avropada qazın birja qiymətləri min kubmetr üçün sabit olaraq 280$ təşkil etməyə davam edir.

TTF indeksi üzrə aprel (ən yaxın) fyuçersləri ticarət sessiyasına 277.7$ (-0.9%) səviyyəsində başlayıblar. Lakin günün ikinci yarısına doğru fyuçerslərin dəyəri 279.4$-dır (-0,2%). Kotirovkaların dinamikası əvvəlki ticarət gününün hesablaşma qiymətinə əsaslanır - hər min kubmetr üçün 280.1$.

Avropada qazın birja qiymətləri fevralın ikinci yarısında, ondan əvvəl isə yalnız 2021-ci ilin aprel-may aylarında min kubmetr üçün 250$ səviyyəsindən aşağı düşüb. 

Ötən ilin sonunda ortalama qiymətlər min kubmetr üçün təxminən 460$ olub. Cari ilin yanvar ayında qazın min kubmert üçün dəyəri 340$-dan sonra, fevral ayının sonunda təxminən 290$ təşkil edib.