Themistoklis Fiotakis başda olmaqla Barclays strateqləri daha çox əlavə gömrük rüsumları, iqtisadi təşviqlər və NATO-ya bağlı qalmamaq gözləntiləri ilə noyabrda Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsi halında dolların 3 faiz yüksələ biləcəyini proqnozlaşdırıblar.
Fins.az xəbər verir ki, müştərilərlə paylaşdıqları notda strateqlər Trampın ticarət, maliyyə və xarici siyasətlə bağlı təkliflərinin keçmişlə struktur qırılması demək olduğunu və valyuta bazarları və dollar üçün geniş nəticələrə səbəb olacağını bildiriblər.
İdxallara tətbiq olunacaq 10 faizlik əlavə verginin dolların 2-3 faiz bahalaşmasına səbəb olacağı təxmin edilir. Barclays həmçinin ÜDM-də hər əlavə 1 faiz artım üçün dolların ən azı 1 faizdən 1,5 faizə qədər yüksələcəyini gözləyir. Strateqlər Trampın NATO-ya bağlılığının digər valyutalarda (əsasən Avropada) yüksək risk mükafatı səbəbindən dollara da müsbət təsir edəcəyini gözləyirlər.
Seçkilərdə namizəd olmaq üçün lazımi nümayəndə sayına çatan keçmiş prezident Tramp yenidən seçiləcəyi təqdirdə Çinlə idxala əlavə gömrük rüsumları tətbiq edəcəyini və NATO-ya sadiqlik nümayiş etdirməyəcəyini bildirib.
Barclays həmçinin seçkinin nəticəsindən asılı olmayaraq Çin ilə ticarət əlaqələrinin daha çətin olacağını gözləyir.
Günel Məlikzadə
Fins.az