DÜNYA

15 Mart

ABŞ-da işsizlik müavinəti müraciətləri gözləntilərin altındadır

ABŞ Əmək Departamenti işsizlik müavinəti müraciətləri ilə bağlı həftəlik məlumatları açıqlayıb.

Fins.az xəbər verir ki, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 9 Mart ilə bitən həftədə bir əvvəlki həftəyə görə 1000 nəfər azalaraq 209 minə çatdı.

Bazar gözləntiləri müraciət sayının 218 min olacağı idi. İşsizlik müavinəti müraciətlərinin sayı ilə bağlı əvvəlki həftənin məlumatları da 217 mindən 210 minə enərək aşağıya doğru revize edildi.

Keçən həftə etibarilə 4 həftəlik işsizlik müavinəti müraciətlərinin sayı ortalama 500 azalaraq 208 min oldu.

Davam edən işsizlik müavinəti müraciətlərinin sayı 2 Mart ilə bitən həftədə 17 min adam artaraq 1 milyon 811 minə çatdı.

Günel Məlikzadə
Fins.az