Böyük Britaniyanın Milli Statistika İdarəsinin verdiyi məlumata əsasən, ölkədə sənaye sektorunda istehsalın həcmi dekabr ayı ilə müqayisədə yanvar ayında 0.2% azalıb.
Fins.az xəbər verir ki, analitiklər sənaye sektorunda istehsalın həcminin dəyişməyəcəyini proqnozlaşdırmışdılar.
İllik ifadədə göstəricinin 0.7% artacağı proqnoz olunsa da, 0.6%-lik artım olub.
Həmçinin Böyük Britaniyanın emal sənayesi sektorunda istehsalın həcmi yanvar ayında aylıq ifadədə dəyişməyib, illik ifadədə isə 2% artıb.
Eləcə də, Böyük Britaniyanın ticarət saldosunun kəsiri yanvar ayında 13.99 milyard funt-sterlinqdən 14.52 milyard funt-sterlinqə qədər artıb. Analitiklər göstəricinin -14.90 milyard funt-sterlinq təşkil edəcəyini ehtimal edirdilər.