DÜNYA

13 Mart

Almaniyada illik inflyasiya 2.5% təşkil edib

Almaniyanın Federal Statistika Bürosunun (Destatis) press-relizinə əsasən, yanvar ayı ilə müqayisədə fevral ayında ölkədə inflyasiya illik ifadədə 2.9%-dən 2.5%-ə enib.

Fins.az xəbər verir ki, dərc olunan göstəricilər analitiklərin proqnozları ilə üst-üstə düşüb.

Aylıq ifadədə Almaniyada İstehlak Qiymətləri İndeksi, yekun hesablamaya görə, 0.4% səviyyəsində dərc olunub və analitiklərin proqnozlarını təkrarlayıb.

Eyni zamanda, Aİ standartlarına uyğun olaraq ölkədə istehlak qiymətləri (uyğunlaşdırılmış istehlak qiymətləri indeksi), yekun hesablamaya görə, illik ifadədə 2.7% artıb. Aylıq ifadədə müvafiq göstəricidə 0.6%-lik artım müşayiət olunub.