DÜNYA

12 Mart

Husilər ABŞ gəmisini hədəf alıb

Husilərin Hərbi Sözçüsü Yəhya Seri Telegram və X sosial platformasına hücumla bağlı açıqlama verib.

Fins.az xəbər verir ki, Husilərin dəniz qüvvələrinin ABŞ-ın Pinocchio gəmisinə raketlərlə hücum etdiyini bildirən Seri, hücumda gəminin birbaşa zərbə aldığını bildirib.

Husi qüvvələrinin Ramazan ayı ərzində hərbi əməliyyatlarını artıracaqlarını və "məzlum Fələstin xalqına  yardımda dini, mənəvi, humanitar vəzifələrini yerinə yetirməyə davam edəcəklərini" ifadə edən Seri, İsrailin Qəzzaya hücumları davam edənə qədər Qırmızı dəniz hücmlarının davam edəcəyini qeyd etdi. 

Günel Məlikzadə
Fins.az