DÜNYA

12 Mart

İsveç bayrağı NATO-da yerini alıb

Şimali Atlantika Müqaviləsi Təşkilatının ( NATO ) 32-ci üzvü olan İsveçin bayrağı alyansın qərargahında mərasimlə asılıb.

Fins.az xəbər verir ki, Brüsseldə keçirilən mərasimdə NATO-nun baş katibi Yens Stoltenberq İsveçin baş naziri Ulf Kristerssonla birgə açıqlamalar verib.

Stoltenberq, "İsveç NATO-da öz layiqli yerini tutdu. Artıq 5-ci maddə qalxanı ilə qorunur. NATO artıq daha böyük və güclüdür" dedi.

Stoltenberq bildirib ki, İsveçin NATO-ya daxil olması Rusiya prezidenti Vladimir Putinin Ukrayna müharibəsi ilə bağlı məqsədlərində “uğursuzluq” göstərdiyini göstərir.

Stoltenberq deyib: "Prezident Putin iki il əvvəl genişmiqyaslı işğala başlayanda NATO-nun daha az olmasını və qonşuları üzərində daha çox nəzarətin olmasını istəyirdi. O, Ukraynanı suveren ölkə kimi məhv etmək istəyirdi, lakin buna nail ola bilmədi".

Günel Məlikzadə
Fins.az