DÜNYA

11 Mart

Çində faiz dərəcəsinin aşağı salınması qaçılmazdır

Çində inflyasiya 4 aylıq enişdən sonra ilk dəfə illik bazda artsa da, Çin Mərkəzi Bankının siyasəti yumşaltması gözləntiləri güclü olaraq qalır.

Fins.az açıqlanan məlumatlara istinadən xəbər verir ki, Çində CPI fevral ayında illik 0,7 faiz artım qeyd edərək, orta iqtisadçıların 0,3 faizlik gözləntisini üstələyib.

Bloomberg İqtisadiyyatı üzrə İqtisadçı David Quya görə, Çində qiymət artımları bayram mövsümü tələbinin baş verdiyi müvəqqəti amillərlə bağlıdır və inflyasiyanın yüksəlməsi qısamüddətli ola bilər.

Bayram mövsümü ilə əlaqədar qida və səyahət qiymətlərindəki artımların keçmişdə qaldığını vurğulayan David Qu, deflyasiya təzyiqlərinin davam etdiyini ifadə edərək, istehsalçı qiymətlərindəki enişin 17-ci aydır da davam etdiyinə diqqət çəkdi.

Bloomberg Economics, Çin Xalq Bankının ən tez martın 15-də faiz dərəcələrini aşağı salmaqla tələbi dəstəkləyəcəyini və deflyasiya təzyiqləri ilə mübarizə aparacağını gözləyir.

Günel Məlikzadə
Fins.az