DÜNYA

08 Mart

Hər gün 2,2 mindən çox kiberhücum həyata keçirilir - BMT

Dünyada hər gün 2,2 mindən çox kiberhücum baş verir və onların sayı hər il 80 faiz artır.

Bunu Cenevrədə keçirilən brifinqdə BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Dorin Boqdan-Martin təqdim edib.

“Hər gün 2200-dən çox kiberhücumun olduğu bir dünyada özümüzü getdikcə daha az təhlükəsiz hiss edirik” - deyən baş katib qeyd edib ki, BTİ bu sahədə ölkələrə dəstəyini davamlı artırır.

 

© trend