DÜNYA

08 Mart

ABŞ-da mənfi ticarət saldosu artıb

ABŞ-ın Ticarət Nazirliyinin İqtisadi Təhlil Bürosunun press-relizinə əsasən, yanvar ayında ölkənin ticarət saldosunun kəsiri dekabr ayı ilə müqayisədə 3.3 milyard dollar və ya 5.1% artaraq 67.4 milyard dollar təşkil edib.

Fins.az xəbər verir ki, ekspertlər hesab edirdilər ki, hesabat ayında ticarət saldosunun kəsiri dekabr ayı ilə müqayisədə 62.2 milyard dollardan 63.4 milyard dollara qədər yüksəlib. Həmçinin, dekabr ayı üçün göstərici yenilənərək 64.2 milyard dollar səviyyəsinə çatdırılmışdır.

Yanvarda ölkədə ixracat 0.1% və ya 0.3 milyard dollar artaraq, 257.2 milyard dollar olub. İdxal isə 1.1% və ya 3.6 milyard dollar artaraq 324.6 milyard dollara çatıb.

Eləcə də, yanvar ayında ABŞ-ın məhsullar üzrə xarici ticarət saldosunun kəsiri dekabr ayı ilə müqayisədə 3 milyard dollar artaraq 91.6 milyarda, xidmətlər üzrə müsbət saldo isə 0.3 milyard dollar azalaraq 24.2 milyard dollara çatıb.

Qeyd etmək lazımdır ki, İqtisadi Təhlil Bürosu və Siyahıyaalma Bürosu iki ay əvvəl ABŞ ixracı, idxalı və ticarət balansı haqqında məlumatları birgə tərtib edir və dərc edir.