DÜNYA

07 Mart

ABŞ-ın özəl sektorunda yeni iş yerlərinin sayı proqnozlaşdırılandan az artıb

“Automatic Data Processing” (ADP) analitik şirkətinin press-relizinə əsasən, fevral ayında ABŞ-ın Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı 140 min artıb.

Fins.az xəbər verir ki, analitiklər göstəricinin 150 min artacağını proqnozlaşdırmışdılar.

Bundan əlavə, yanvar ayı üçün dərc olunmuş nəticələr yenilənib və artım 107 min yox, 111 min təşkil edib.

ABŞ-ın Kiçik Biznes Sektorunda fevral ayında Yeni Yaranan İş Yerlərinin Sayı 13 min nəfər, 50-499 nəfər işçi heyəti olan Orta Şirkətlərdə 69 min, İri Şirkətlər isə 61 min nəfər artıb.

Xidmət Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı 110 min, istehsal sektorunda isə 30 min nəfər artıb. Ölkənin özəl tikinti şirkətlərində fevralda göstərici 28 min, sənaye sektorunda 6 min artıb. Təbii sərvətlərin çıxarılması sektorunda isə 4 min azalma qeydə alınıb.