DÜNYA

06 Mart

ABŞ-da "Super çərşənbə axşamı"nın qalibləri

Şimali Karolina, Kaliforniya, Texas və Oklahoma da daxil olmaqla ABŞ-ın bir çox ştatlarında Respublikaçılar və Demokratlar partiyasının namizədlərini müəyyən etmək üçün praymerizlərin keçirildiyi Super Çərşənbə axşamının qalibləri Demokratlar Partiyasından ABŞ prezidenti Co Bayden və keçmiş prezident Donald Tramp olub. 

Fins.az xəbər verir ki, ilkin seçki prosesi iyun ayına qədər davam etsə də, Super Çərşənbə axşamının nəticəsi Bayden və Trampın 2024-cü ilin noyabrında ABŞ prezident seçkilərində rəqabət aparma ehtimalını gücləndirdi.

Trampın Respublikaçılar Partiyasından namizədliyi üçün ən yaxın rəqibi Nikki Heyli Sten Druckenmiller və Charles Koch kimi milyarderlərin dəstəyinə baxmayaraq, yalnız Vermont ştatında qalib gəlib.

İlkin seçki prosesi zamanı Baydenin Demokratik Partiya tərəfində çox güclü rəqibi yox idi.

Çərşənbə axşamı axşam tərəfdarlarına müraciət edən Tramp, “Biz bu seçkidə qalib gələcəyik, çünki məcburuq. Seçkidə uduzsaq, ölkəmiz qalmayacaq".

Baydenin komandası Trampa istinad edərək, “O, şikayətlər və saxtakarlıqla idarə olunur, Amerika xalqına deyil, öz intiqamına və mükafatına yönəlib. O, özünü hakimiyyətə gətirmək üçün hər şeyi edəcək və ya deyəcək”.

Günel Məlikazdə
Fins.az