JPMorgan-ın baş bazar strateqi Marko Kolanovic xəbərdarlıq edib ki, ABŞ səhmləri və Bitcoin çox sürətlə yüksəlir.
Fins.az xəbər verir ki, bu artımları bazarda yığılan köpükün göstəricisi olaraq görən Kolanoviç, bazar ertəsi dərc etdiyi qeyddə, "Bazar aşağı dəyişkənlik və köpük meydana gəlməsi ilə irəliləməyə davam edir" dedi.
Kolanoviç, "İstiqraz gəlirlərindəki artıma və Fed-in faiz endirimi gözləntilərinin təxirə salınmasına baxmayaraq, səhmlər bu il yüksəldi" deyən Kolanoviç, "İnvestorlar gəlir artımının iqtisadi sürəti əks etdirdiyini güman edə bilərlər, lakin 2024-cü il qazanc təxminləri azalır" dedi.
Günel Məlikzadə
Fins.az