DÜNYA

04 Mart

Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başlayıb

Yonhap xəbərinə görə, “Azadlıq Qalxanı” adlı birgə təlimin 11 gün davam etməsi hədəflənib.

Fins.az xəbər verir ki, təlim iki ölkənin ortaq müdafiə mövqeyini artırmaq məqsədi daşıyır və əsas diqqət quru, dəniz, hava və kiber alətlərdən istifadə ilə çoxdomenli əməliyyatlara və nüvə əməliyyatlarına cavab veriləcək.

Birləşmiş Millətlər Təşkilatının Cənubi Koreyadakı Komandanlığına (UNC) daxil olan ölkələrin şəxsi heyətinin müşahidəçi qismində iştirak edəcəyi təlimin martın 14-də başa çatması gözlənilir.

Baş Qərargahdan fevral ayında edilən açıqlamada, təxminən 48 sahə araşdırmasının planlaşdırıldığı təlimdə Şimali Koreya raketlərinin təsbiti və müdaxiləsi ilə bağlı işlərin aparılacağı bildirilmişdi.

Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul fevralın 29-da ABŞ-a səfəri çərçivəsində həmkarı Antoni Blinkenlə də görüşüb və mətbuat konfransında Ço deyib:

"Nüvə və raket təhdidlərinin artdığı bu dövrdə, Şimali Koreyanın təxribatları ilə mübarizə aparın, onun qeyri-qanuni gəlirlərinin və insan resurslarının qarşısını alın. Biz insan hüquqları sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəldik”. 

Günel Məlikzadə
Fins.az