Rusiya baş nazirinin müavini Aleksandr Novak verdiyi yazılı açıqlamada Rusiyanın neft hasilatı və ixracı ilə bağlı qiymətləndirmələr edib.
Fins.az xəbər verir ki, ölkəsinin neft hasilatı və ixracatındakı azalmanı artıracağını qeyd edən Novak, "Rusiya 2024-cü ilin ikinci rübündə neft hasilatı və ixracatında gündəlik 471 min barrel əlavə könüllü azalma tətbiq edəcək" dedi.
Novak bildirib ki, ixtisar qərarı Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupuna daxil olan ölkələrlə verilib.
Rusiya ötən il neft ixracını gündəlik 500 min barel azaldarkən, bu azalmanın 2024-cü ilin sonuna qədər davam edəcəyi bildirilmişdi.
Günel Məlikzadə
Fins.az