DÜNYA

29 Fevral

Yaponiyada pərakəndə satışların həcmi 2.3% artıb

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin hesabatına əsasən, ölkədə pərakəndə satışların həcmi yanvar ayında illik müqayisədə 2.3% artıb.

Fins.az xəbər verir ki, artım tendensiyası artıq 23 ay ardıcıl olaraq davam edir. Analitiklər göstəricinin 2% səviyyəsində olacağını proqnozlaşdırmışdılar.

Yenilənmiş məlumatlara əsasən, 2023-cü ilin dekabr ayında pərakəndə satışların həcmi daha əvvəl elan edildiyi kimi 2.1% yox, 2.4% artıb.

Ötən ay satışlar univermaqlarda 3.5%, qida və içkilərdə 4%, əczaçılıq və kosmetika məhsullarında 7.1% artıb.

Aylıq ifadədə pərakəndə satışların həcmi öncəki ayla müqayisədə yanvar ayında 0.8% artıb. 

Həmçinin Yaponiyada sənaye sektorunda istehsal həcmi, ilkin məlumatlara görə, yanvar ayında əvvəlki ay ilə müqayisədə 7.5%, 2023-cü ilin yanvar ayı ilə müqayisədə isə 1.5% azalıb.

Eləcə də, ölkədə İstehlak Qiymətləri İndeksi illik ifadədə 2.6% səviyyəsində dərc olunub. Analitiklər göstəricinin 2.3% təşkil edəcəyini təxmin etmişdilər.