Almaniya İqtisadi Araşdırmalar İnstitutu (DIW) Almaniya üçün fevral ayı iqtisadi barometrini açıqlayıb.
Fins.az xəbər verir ki, iqtisadi barometr fevral ayında 8 bənd azalaraq 83,2 bənd olub.
Açıqlamada barometrin hələ də 100 baldan çox uzaq olduğu, bunun Ümumi Daxili Məhsulun (ÜDM) orta artımını göstərdiyi və ilin birinci rübündə ölkə iqtisadiyyatının yəqin ki, daralacağı bildirilib. Açıqlamada, "2023-cü ilin dördüncü rübündə ÜDM-in 0,3% daralmasından sonra, 2024-cü ilin birinci rübündə ÜDM-də kiçik bir artım olacağına dair ümidlər azalır" deyilir.
DIW iqtisadçılarından Timm Bönke, Almaniya iqtisadiyyatının iqtisadi durğunluqdan çıxış yolu tapmaqda çətinlik çəkdiyinə diqqət çəkərək, “Almaniya iqtisadiyyatı Rusiya-Ukrayna müharibəsinin nəticələri, yüksək faiz dərəcələri, qeyri-müəyyən iqtisadi böhranla mübarizəni davam etdirir. Populist və ekstremist Partiyaların yüksəlişi bu ölkədə şirkətlərin gələcəyə daha inamla baxmasına kömək etmir" dedi.
Günel Məlikzadə
Fins.az