DÜNYA

28 Fevral

Rusiya beynəlxalq ödənişlər üçün rəqəmsal aktivləri təsdiqləyir

Dumada keçirilən sessiyada rəqəmsal maliyyə aktivlərinin beynəlxalq ödənişlərdə istifadəsini əhatə edən qanun qəbul edilib.

Fins.az xəbər verir ki, rəqəmsal maliyyə aktivləri valyuta tənzimlənməsi qanunu çərçivəsində mal və xidmətlərin idxal və ixracında ödəniş kimi istifadə edilə bilər.

Qəbul edilmiş qanunun qüvvəyə minməsi üçün əvvəlcə Rusiya Federasiya Şurası, sonra isə Rusiya Prezidenti Vladimir Putin tərəfindən təsdiqlənməlidir.

Dumanın Maliyyə Bazarları Komitəsinin sədri Anatoli Aksakov sözügedən qərarı “tarixi” adlandıraraq, “Çünki bu, Rusiya idxalçı və ixracatçılarına rəqəmsal maliyyə aktivlərindən istifadə edərək bank sistemindən yan keçməyə və xarici şirkətlərlə qarşılıqlı müqavilələr bağlamağa imkan verəcək. Xarici təsirlər, o cümlədən qeyri-dost ölkələr minimuma endiriləcək".

Günel Məlikzadə
Fins.az