DÜNYA

28 Fevral

Yunanıstanda taksi sürücüləri tətilə başlayıblar

Afina Taksi Sürücüləri Birliyindən verilən açıqlamada paytaxt Afinada bu gündən etibarən 48 saatlıq tətil olacağı bildirilib.

Fins.az xəbər verir ki, taksi sürücüləri sərnişin olduğu halda avtobuslar üçün ayrılmış sağ zolağın taksilər tərəfindən istifadə edilməsini, taksiyə bənzər hərəkətlərin qarşısının alınmasını, hava limanından nəqliyyat haqlarının artırılmasını və vergi yükünün azaldılmasını tələb ediblər.

Paytaxt Afinada bir araya gələn taksi sürücüləri maşınları ilə Nəqliyyat Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.

Günel Məlikzadə
Fins.az