Dünya əhalisinin 40 faizindən çoxunu və qlobal iqtisadiyyatın dörddə birinə sahib olan BRICS qrupu yeni üzvlərlə böyüməyə can atır.
Fins.az xəbər verir ki, avqustun 22-24-də Cənubi Afrikanın Yohannesburq şəhərində inkişaf etməkdə olan BRİKS ölkələrinin dövlət və hökumət başçılarının 15-ci sammiti keçiriləcək.
Beynəlxalq həbs qərarı çıxarılan Rusiya prezidenti Vladimir Putinin Cənubi Afrikaya getməkdən vaz keçdiyi toplantıda qrup Yaxın Şərqdən yeni üzvlər cəlb edərək böyüməyi planlaşdırır.
Digər tərəfdən, bir çox inkişaf etməkdə olan ölkələr ABŞ-ın qlobal maliyyə sistemi üzərində hökmranlığından və xüsusən də dolların gücündən şikayətlənir. BRİKS sammitində beynəlxalq ticarətdə istifadə olunacaq alternativ valyuta axtarışlarının üstünlük təşkil edəcəyi gözlənilir.
Üzvləri Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın ingilis adlarının ilk hərflərindən ibarət olan BRICS, Goldman Sachs-ın o zamankı baş iqtisadçısı Cim O'Neill tərəfindən 2001-ci ildə yazılmış və böyümə potensiallarını qiymətləndirən bir sənəddir. Braziliya, Rusiya, Hindistan və Çindən ibarət bir araşdırma məqaləsindən ilham alaraq qurulmuşdur.
Cənubi Afrikanın əvvəlcə üzv olmadığı qrup 2009-cu ildə Rusiyanın təşəbbüsü ilə ABŞ və Qərb müttəfiqlərinin dünya nizamı hegemonluğuna qarşı platforma yaratmaq məqsədilə yaradılıb.
İqtisadi təsir və əhali baxımından BRİKS-in ən kiçik üzvü olan Cənubi Afrika 2010-cu ilin sonunda ilk genişlənmə prosesi zamanı qrupa qoşuldu.
Qrup Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və ya Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) kimi beynəlxalq təşkilat deyil. Üzv ölkələrin növbəlilik əsasında sədrlik etdiyi qrupun dövlət və hökumət başçıları ildə bir dəfə görüşür.
Yekdil qərar qəbul edən qrupun bütün üzvləri həm də dünyanın ən inkişaf etmiş iqtisadiyyatlarından ibarət G20 qrupunun üzvləridir.
Üzv ölkələr dünya əhalisinin 40 faizindən çoxunu və qlobal iqtisadiyyatın dörddə birini təşkil edir.
Qrup geosiyasi məsələlərlə yanaşı, iqtisadi əməkdaşlığın artırılması, çoxtərəfli ticarət və inkişafa diqqət yetirir.
Cənubi Afrikanın 2023-cü ildə prezidentlik kürsüsündə olduğu 40-dan çox ölkə qrupa qoşulmaqda maraqlı olduğunu bildirib.
Bu ölkələrə İran, Səudiyyə Ərəbistanı, Argentina, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Boliviya, İndoneziya, Misir, Efiopiya, Kuba, Konqo Demokratik Respublikası, Komor adaları, Qabon və Qazaxıstan daxildir.
Rəcəb Tayyib Ərdoğan 2018-ci ildə xüsusi qonaq kimi qatıldığı BRİKS sammitində Türkiyənin də üzvlükdə maraqlı olduğunu bildirib.
BRİKS-ə üzv olmaqda maraqlı olan ölkələr qrupu ənənəvi Qərb güclərinin dominant olduğu qlobal birliyə alternativ kimi görür və ümid edirlər ki, üzvlük inkişaf maliyyəsi, ticarət və investisiyaların artması kimi faydaları açacaq.
Günel Məlikzadə
Fins.az