Somalinin İnformasiya naziri Daud Aweis X sosial media hesabında ölkəsinin Türkiyə ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsi ilə bağlı açıqlama verib.
Fins.az xəbər verir ki, iki ölkə arasındakı razılaşmanın çox əhəmiyyətli bir addım olduğuna diqqət çəkən Aweis, "Nazirlər Kabineti NATO üzvü və Somalinin yaxın müttəfiqi olan Türkiyə ilə imzalanan müdafiə sahəsində əməkdaşlıq müqaviləsini təsdiqlədi. Bu əlamətdar 10 illik müqavilənin səylərini əhəmiyyətli dərəcədə gücləndirəcək. Somali hökuməti öz suverenliyini qorusun" dedi.
Xatırladaq ki, fevralın 8-də Türkiyə ilə Somali arasında müdafiə və təhlükəsizlik məsələlərini də əhatə edən Müdafiə və İqtisadi Əməkdaşlıq Çərçivə Sazişi imzalanıb.
Günel Məlikzadə
Fins.az