Çinin Xarici Valyuta Klirinqi üzrə Dövlət İdarəsi (SAFE) 2023-cü ilin yanvar-dekabr ayları üçün cari hesabını açıqlayıb.
Fins.az xəbər verir ki, xarici ticarət, xidmətlər, investisiya və cari transfertlər üzrə gəlir-xərc balansının cəmini əks etdirən cari balans il ərzində 264,2 milyard dollar profisit verib.
Bu dövrdə xarici ticarətdə 608 milyard dollar müsbət saldo, xidmət alqı-satqısında 229,4 milyard dollar, xarici investisiyalar və valyuta daxilolmalarında 129,6 milyard dollar kəsir, 15,2 milyard dollarlıq müsbət saldo qeydə alınıb.
Cari əməliyyatlar hesabının profisitinin ümumi daxili məhsula nisbəti 1,5 faiz təşkil etmişdir.
Günel Məlikzadə
Fins.az