Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmana əsasən, Rusiyanın özəl kommersiya bankı Expobank HSBC-nin Rusiyadakı bütün törəmə bankına sahib olacaq.
Fins.az xəbər verir ki, Rusiyada strateji şirkətlərin səhmlərinin ticarəti 2022-ci ilin avqustunda “dost olmayan” ölkələrdən olan investorlar üçün qadağan edilib.
Qadağadan sonra əməliyyatlar yalnız Putinin icazəsi ilə həyata keçirilə bilər.
ABŞ Expobank-ı 2023-cü ilin dekabrında sanksiya siyahısına salıb.
Günel Məlikzadə
Fins.az