İran və Ermənistan Araz çayı üzərindəki Nurduz-Agərək Sərhəd Qapısında yeni avtomobil körpüsünün tikintisi ilə bağlı razılığa gəliblər.
Fins.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA bu yaxınlarda Tehranda keçirilən İran-Ermənistan Müştərək İqtisadi Komissiyasının 18-ci iclasının təfərrüatlarını paylaşıb.
Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın və İranın Büdcə və Planlaşdırma Təşkilatının prezidenti Davud Menzurun iştirak etdiyi görüşdə tərəflər Şimal-Cənub dəhlizi ilə bağlı fikir mübadiləsi aparıblar.
Bildirilib ki, görüş zamanı Araz çayı üzərində Nurduz-Agərək Sərhəd Qapısında yeni avtomobil körpüsünün tikintisi ilə bağlı razılıq əldə olunub.
Müqavilənin bir ay ərzində həyata keçirilməsi planlaşdırılır.
İran və Ermənistan arasında iqtisadi əlaqələrin inkişafı çərçivəsində fevralın 15-də Tehranda iki ölkənin Birgə İqtisadi Komissiyasının 18-ci iclasında 19 anlaşma memorandumu imzalanıb.
Günel Məlikzadə
Fins.az