DÜNYA

16 Fevral

Britaniya iqtisadiyyatı 0,3% daralıb

Britaniya Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, 2023-cü ilin son rübündə xidmət, istehsal və tikinti sektorlarında azalma müşahidə olunub.

Fins.az xəbər verir ki, xidmət sektoru 0,2 faiz, istehsal 1 faiz, tikinti istehsalı 1,3 faiz azalıb.

İqtisadiyyat ilin son rübündə 0,3 faiz daralıb. İqtisadçıların gözləntiləri daralmanın 0,1% olacağı idi.

Britaniya iqtisadiyyatı 2023-cü ilin üçüncü rübündə 0,1 faiz daralıb. Beləliklə, Böyük Britaniya iqtisadiyyatı son iki rübdə kiçildi və texniki tənəzzülə girdi.

ONS, iqtisadiyyatın son iki rübdə 0,5 faiz azaldığını təxmin etdi. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə real iqtisadiyyatın 0,2 faiz kiçəcəyi proqnozlaşdırılıb.

Günel Məlikzadə
Fins.az