İsrailin Fələstinə hücumlarını davam etdirməsi və mülki əhalini bombalaması hər keçən gün daha yüksək xərclərə səbəb olur və qarşıdurmaların iqtisadiyyata mənfi təsirləri də artmaqdadır.
Fins.az xəbər verir ki, davam edən hücumlar və onların iqtisadi təsiri ölkədə qeyri-müəyyənliyi artırır və ölkənin maliyyə vəziyyətini zəiflədir.
İsrail oktyabrın 7-dən bəri davam edən hücumlar səbəbindən gündə təxminən 300 milyon dollar birbaşa xərclər edib.
Müdafiə büdcəsinə çəkilən xərclərin 4 aydan artıq müddətdə 60 milyard dollara çatdığı təxmin edilir.
Artıq İsrailin hücumları gəlirlərin azalmasına, borcların artmasına və iqtisadi tənəzzülə səbəb olub. Ölkənin ümumi daxili məhsulunda (ÜDM) kəskin azalma da gözlənilir.
Günel Məlikzadə
Fins.az