Türkiyə prezidenti Ərdoğan Birləşmiş Ərəb Əmirlikləri və Misir səfərlərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Fins.az xəbər verir ki, səfər zamanı Ərdoğan "İnkişaf Yolu" layihəsi ilə bağlı sualı belə cavablandırıb: "İnkişaf Yolu Layihəsi BƏƏ rəhbərliyinin, İraqın və bizim də iştirak etdiyimiz nəhəng bir layihədir. Şimali İraqın bu layihədə həssaslığı var. Ona uyğun da addımlar atırıq. Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Al Nahyan, əvvəlki görüşümüzdə, 60 günlük bir müddət təyin edək, bütün dostlarımız və əlaqədar birliklərimiz planlaşdırma işinə cəlb ediləcək" dedi.
"Hazırda nəqliyyat nazirimiz Əbdülkadir Uraloğlu həmsöhbətləri ilə görüşlərini davam etdirir. İnşallah bu işlər layihədən, plandan icraya keçəcək və bu məsələnin əsas aktorları Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və İraq olacaq. Biz işimizi bu şəkildə davam etdirəcəyik” deyən Ərdoğan, yolun bölgəni yeni İpək Yoluna çevirəcəyini bildirib.
Ərdoğan əlavə edib ki, bu layihə Fars körfəzi və ətraf ölkələrin Türkiyə vasitəsilə Avropa bazarına çıxmasına imkan yaradacaq həqiqətən qazan-qazan layihəsidir.
Günel Məlikzadə
Fins.az