Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 11 ildən sonra rəsmi təmaslar üçün getdiyi Misirin paytaxtı Qahirədə Misir prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən rəsmi mərasimlə qarşılanıb.
Fins.az xəbər verir ki, ölkələrin nümayəndə heyətlərinin təqdimatından sonra ikitərəfli və nümayəndə heyətləri arası görüşlər başlayıb.
Mərasimdə ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, səhiyyə naziri Fahrettin Koca, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, ticarət naziri Ömər Bolat, MİT sədri İbrahim Kalın iştirak ediblər.
Prezident Ərdoğan və Misir prezidenti Sisi Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclaslarının yenidən qurulmasına dair Birgə Bəyannamə imzalayıblar. Daha sonra iki lider birgə mətbuat konfransı keçirib.
Günel Məlikzadə
Fins.az