Avropa Statistika İdarəsi (Eurostat) 2023-cü ilin son rübü üçün Avropa İttifaqının (Aİ) və Avro Bölgəsinin ÜDM-i ilə bağlı aparıcı məlumatları yeniləyib.
Fins.az xəbər verir ki, 20 üzvlü Avrozonada mövsümi təsirlərdən təmizlənmiş ÜDM 2023-cü ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə dəyişməz qalıb.
Avrozonada ÜDM ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,1% artıb.
Beləliklə, açıqlanan son məlumatlar yanvar ayının ilkin məlumatları ilə eyni səviyyədə qaldı.
Aİ-də mövsümi təsirlərdən təmizlənmiş ÜDM ötən ilin dördüncü rübündə rüblük bazda 0,1 faiz, illik bazda isə 0,3 faiz artıb.
Günel Məlikzadə
Fins.az