DÜNYA

14 Fevral

İndoneziya yeni prezidentini seçəcək

270 milyondan çox əhalisi olan İndoneziyada hazırkı prezident Coko Vidodonun səlahiyyət müddəti başa çatdıqdan sonra mandatı təhvil alacaq şəxsin müəyyən edilməsi üçün sorğular keçirilib.

Fins.az xəbər verir ki, 200 milyondan çox seçici prezident və vitse-prezidenti, həmçinin deputatları və yerli nümayəndələri seçəcək.

Prezidentliyə üç namizəd mübarizə aparır.

Təxminən 17 min adadan ibarət olan İndoneziyada seçicilər 890 min nöqtədə səs verəcək.səs verinProsesi 7 milyon məmur izləyəcək.

Günel Məlikzadə
Fins.az