DÜNYA

13 Fevral

Qarışqalarla mübarizə üçün 1 milyard dollar büdcə

Avstraliya Yerli və federal hökumətlər, vətəndaşların həyat keyfiyyətini aşağı saldıqları səbəbiylə qırmızı atəş qarışqaları ilə mübarizə üçün ayrılan büdcəni iki qat artıracaqlarını açıqladı.

Fins.az xəbər verir ki, Avstraliya səlahiyyətliləri 500 milyon dollarlıq əlavə investisiya ilə büdcəni ümumilikdə 1 milyard dollara çatdırdı.

Səlahiyyətlilər qeyd etdilər ki, büdcə ilə 2032-ci ilə qədər Kvinslend əyalətində qırmızı atəş qarışqalarının istilasını aradan qaldırmağı hədəfləyirlər.

Ölkədə hər il orta hesabla 8,6 milyon adamın od qarışqaları tərəfindən dişlənildiyini bildirən səlahiyyətlilər, 43-174 min insanın dişləndikdən sonra allergik reaksiya verdiyinə və tibbi müdaxiləyə ehtiyacı olduğuna diqqət çəkib.

Günel Məlikzadə
Fins.az