“Hizbullah”a yaxınlığı ilə tanınan “Əl-Əxbar” qəzetinə danışan Livan diplomatik mənbələri Sejourne-nin fevralın 6-da paytaxt Beyrutdakı təmasları zamanı Livanın cənubundakı qarşıdurmalara son qoymaq üçün hökumət rəsmilərinə təklif təqdim etdiyini bildirib.
Fins.az xəbər verir ki, Sejourne-nin Livan səlahiyyətlilərinə təqdim etdiyi "təhlükəsizlik razılaşması" sərhədin hər iki tərəfində mülki şəxslərə qarşı hücumların dayandırılmasını ehtiva edir.
Qəzetə açıqlama verən mənbələr Fransanın təklifinin müzakirəyə açıq olduğunu və onu qiymətləndirmək üçün zamana ehtiyac olduğunu bildiriblər.
Fransanın Le Monde qəzeti də Parisin Beyruta təklif etdiyi Hizbullahın Rıdvan Qüvvələrinin İsrail sərhədindən təxminən 8-10 kilometr geri çəkilməsini və sərhəd bölgəsində yeni hərbi bazalar və müşahidə məntəqələri inşa etməməsinin olduğunu yazıb.
Xəbərdə, təklifin birinci mərhələsi olan Hizbullahın sərhəddən çəkilməsi və bölgədə münaqişəsiz bir mühit təmin edildikdən sonra ikinci mərhələdə İsrail və Livan arasında quru sərhədinin qarşılıqlı demarkasiyası üçün danışıqlara başlana biləcəyi bildirilib.
Günel Məlikzadə
Fins.az