DÜNYA

13 Fevral

ABŞ büdcəsində 22 milyard dollar kəsir yaranıb

ABŞ Maliyyə Nazirliyi yanvar ayı üzrə büdcə balansı hesabatını dərc edib.

Fins.az xəbər verir ki, federal hökumətin 1 oktyabr 2023-cü ildə başlayan və 30 sentyabr 2024-cü ildə sona çatacaq 2024 maliyyə ilinin 4-cü ayında büdcə açığı 22 milyard dollar olaraq hesablandı.

Federal hökumətin ötən ilin yanvarında 39 milyard dollarlıq büdcə kəsiri var idi. Belə ki, büdcə kəsiri yanvarda ötən ilin eyni ayı ilə müqayisədə 43 faiz azalıb. Bu dövrdə büdcə balansı ilə bağlı bazar gözləntiləri 39,3 milyard dollar kəsir idi.

Yanvarda hökumətin gəlirləri 7 faiz artaraq 477 milyard dollara, xərcləri isə 3 faiz artaraq 499 milyard dollara çatıb.

Günel Məlikzadə
Fins.az