DÜNYA

12 Fevral

Dubay uçan taksi xidməti göstərən ilk şəhər oldu

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Dubayın dünyada uçan taksi xidməti göstərən ilk şəhər olduğunu açıqlayıb.

Bu barədə "WAM" xəbər agentliyi xəbər yayıb.

Məlumata görə, pilot və 4 sərnişin daşımaq qabiliyyətinə malik olan uçan taksinin karbon emissiyası sıfırdır.

Maksimal uçuş məsafəsi 161 kilometr, maksimum sürəti saatda 320 kilometr olan uçan taksinin ümumilikdə 4 stansiyası olacaq.

 

 

© iqtisadiyyat.az