DÜNYA

09 Fevral

Havay adalarında yanğın qurbanlarının ailələrinə 1,5 milyon dollar təklif

Havay adalarının qubernatoru Coş Qrin mətbuat konfransında "İtkin düşən 100 nəfərin hamısının ailəsi var. Əgər onlar könüllü olaraq hər ailə üçün 1,5 milyon dollarlıq hesablaşmanı qəbul etsələr, 175 milyon dolları bir araya yığırıq" dedi. 

Fins.az xəbər verir ki, Qubernator Qrin əlavə edib gələcəkdə yanğında torpaqlarını və iş yerlərini itirmiş insanlara kömək etmək üçün fond yaratmağa ümid edirlər.

Bildirilir ki, ailələr təklifi qəbul etsələr, mart ayından etibarən təzminat verilməyə başlayacaq.

Maui Rayon rəhbərliyi 2023-cü ilin avqust ayında Havay Elektrik Şirkətini əlverişsiz hava şəraitinə baxmayaraq adanın elektrik enerjisini kəsmədiyi səbəbi ilə məhkəməyə verdi.

Günel Məlikzadə
Fins.az