DÜNYA

09 Fevral

"Cənubi Koreya ilə sülh danışıqlar yolu ilə əldə edilə bilməz"

Şimali Koreya ilə Cənubi Koreya arasında son aylarda artan gərginlik regionda təhlükəsizlik narahatlığını artırsa da, Şimali Koreya lideri Kim Çen In Seul administrasiyasına növbəti dəfə meydan oxuyub.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreya Xalq Ordusunun yaranmasının 76-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinə baş çəkən Kim orduya hərtərəfli müharibə hazırlığını davam etdirməyi tapşırıb.

Kim çıxışında, “Kukla Cənubi Koreyanı ən zərərli və dəyişməz əzəli düşmən kimi təyin etmək və gözlənilməz bir vəziyyətdə ərazisini işğal etmək üçün milli siyasət kimi qəbul etmək ölkəmizin əbədi təhlükəsizliyi, sülhü və sabitliyi üçün ağlabatan tədbirdir".

Sülhün arzulanacaq və ya danışıqlar yolu ilə əldə edilə biləcəyi bir şey olmadığını ifadə edən Kim, ölkəsinin Cənubi Koreya ilə danışıqlar kimi "real olmayan əzablara" dözməyəcəyini ifadə etdi.

Koreyanın ardıcıl raket sınaqları, ABŞ və Cənubi Koreyanın birgə həyata keçirdiyi təlimlər Koreya yarımadası və ətraflarında son aylarda gərginliyin artmasına səbəb olub.

Keçən ilin sonunda Cənubi Koreya ilə birləşmək məqsədlərindən əl çəkdiklərini açıqlayan Kim, Pxenyan və Seul arasındakı münasibətləri "iki düşmən dövlət" arasındakı münasibətlər olaraq təyin etdi.

Günel Məlikzadə
Fins.az