DÜNYA

08 Fevral

Aİ-dən "qadağan olunmuş məhsulların Rusiyaya daşınmasının qarşısını almaq" tələbi

Aİ Komissiyası üzv ölkələrə məktub göndərərək sanksiyalardakı hüquqi boşluqların aradan qaldırılmasını tələb edib.

Fins.az Bloomberg-ə istinafən xəbər verir ki, Aİ Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis və Aİ Komissiyasının maliyyə xidmətlərindən məsul üzvü Mairead McGuinness tərəfindən imzalanan məktubda Aİ ölkələrindən Rusiyaya qeyri-qanuni mal axınına təcili müdaxilə etmələri tələb edilib.

Məktubda, qadağan olunmuş məhsulların daşınmasının qarşısını almaq üçün bütün Aİ-yə üzv dövlətlərin təcili, birgə və qətiyyətli tədbirlər görməsinin vacibliyinə diqqət çəkilib.

Məktubda malların daşınmasının qarşısının alınması üçün görülən tədbirlərin aprel ayının ortalarına qədər qiymətləndiriləcəyi, şirkətlərin sanksiyalardan necə yayındığına dair ətraflı məlumatın tezliklə paylaşılacağı bildirilib.

Məktubda Aİ-nin sanksiya tətbiq etdiyi məhsulların əvvəlcə xarici ölkələrə göndərildiyi, daha sonra Rusiyaya təkrar ixrac edildiyi və ya qadağan olunmuş məhsulun daşınmasının Aİ-dən kənarda fəaliyyət göstərən Avropa şirkətlərinin törəmə şirkətləri vasitəsilə həyata keçirildiyi vurğulanıb.

Məktubda Rusiyaya göndərilən qadağan olunmuş məhsulların silah və ya sursat olmadığı, bunların hərbi məqsədlər üçün istifadə oluna bilən məhsul və texnologiyalar olduğu bildirilib.

Digər tərəfdən, Komissiya həm də sanksiyaları üzv dövlətlərin məsuliyyətindən götürmək və onları ciddi şəkildə tətbiq etmək üçün yeni bir qurumun yaradılması ideyası üzərində işləyir.

Aİ indiyədək müharibə səbəbindən Rusiyaya qarşı 12 sanksiya paketi tətbiq edib. Bu kontekstdə Rusiyaya ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və dəbdəbəli məhsullar, o cümlədən qızıl və almaz, o cümlədən neft və kömür kimi geniş məhdudiyyətlər qoyuldu.

Aİ 13-cü sanksiya paketini fevralın 24-nə, müharibənin ildönümünə hazırlamağa çalışır. Bu paketə mövcud sanksiyaların qarşısını alacaq yeni elementlərin daxil olacağı gözlənilir.

Günel Məlikzadə
Fins.az