Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərə açıqlama verib.
Fins.az xəbər verir ki, Putinin Türkiyəyə səfərinin tarixi ilə bağlı sualı cavablandıran Peskov, "Tarix hələ müəyyənləşməyib. Səfər razılaşdırılıb, hazırlıq prosesi davam edir. Bu səfəri gözləyirik" deyib.
Peskov səfər tarixinin Rusiyada mart ayında keçiriləcək prezident seçkiləri və prezident Rəcəb Tayyib Ərdoğanın sıx iş qrafiki nəzərə alınaraq müəyyən ediləcəyini qeyd edərək, “Tarix dəqiqləşəndə bunu tərəfdaşlarımızla açıqlayacağıq" deyə bildirib.
Qara dəniz taxıl dəhlizi sazişinin canlandırılması məsələsinə də toxunan Peskov, bu müqavilənin Rusiya ilə bağlı hissəsinin həyata keçirilmədiyinə diqqət çəkərək, “Hazırda taxıl müqaviləsini canlandırmaq üçün heç bir səbəb yoxdur” dedi.
Günel Məlikzadə
Fins.az