Simson mətbuat konfransında Aİ Komissiyasının 2040-cı ilə qədər istixana qazı emissiyalarını 90 faiz azaltmaq tövsiyəsi ilə bağlı danışıb.
Fins.az xəbər verir ki, 2040-cı ilə qədər karbon emissiyalarının 90% azaldılmasının enerji sistemini dəyişəcəyinə və sektorun demək olar ki, tamamilə karbonsuzlaşacağına işarə etdiyinə diqqət çəkən Simson, bunun üçün yenilənə bilən enerji qurğularının daha da sürətləndirilməsi lazım olduğunu ifadə etdi.
Simson xüsusilə enerji tutumlu sənaye sahələrinin yeni texnologiyaları birləşdirərək istehsal proseslərini modernləşdirəcəyini, yaşayış evlərinin enerjidən daha səmərəli istifadə edərək istilik nasoslarına keçəcəyini bildirib.
Emissiyaları azaltmaq üçün Avropa daxilində infrastruktur xəritəsinin yenidən işlənməsi lazım olduğuna diqqət çəkən Simson, qaz xətlərinin hidrogen və ya karbon daşıyacaq şəkildə yenidən dizayn ediləcəyini söylədi.
Avropanın uzun müddət enerji sahəsinə çox yüksək səviyyədə investisiya cəlb etməsi lazım olduğunu bildirən Simson, "2030-2040-cı illər arasında enerji sektoruna hər il 670 milyard avro investisiya etməyə hazır olmalıyıq" dedi.
Avropanın SMR texnologiyasında əhəmiyyətli təcrübəyə və dəyər zəncirinə malik olduğunu vurğulayan Simson, "Bu həftə ilk reaktorların 2030-cu ilə qədər istifadəyə verilməsini təmin etmək üçün kiçik modul reaktorlar üçün sənaye ittifaqı qurmağa qərar verdik" dedi.
Simson bəyan edib ki, alyansa qoşulan ölkələr ən yüksək nüvə təhlükəsizliyi və ətraf mühit standartlarına əməl edəcəklər.
Dünyada təxminən 70 SMR konsepsiyası inkişaf etdirilir. Bunlar ənənəvi atom elektrik stansiyalarından daha kiçik ölçülərdə hazırlanmışdır.
SMR-lər 10 ilə 300 meqavat saat arasında elektrik enerjisi istehsal edən nüvə reaktorları kimi müəyyən edilir.
Günel Məlikzadə
Fins.az