DÜNYA

07 Fevral

Aİ komissarı Varhelyi: "Aİ terrorla mübarizədə Türkiyənin yanındadır"

Avropa İttifaqı (Aİ) Komissiyasının Qonşuluq və Genişlənmədən Məsul üzvü Oliver Varhelyi İstanbul Çağlayan Ədliyyəsi qarşısında törədilən terror aktını pisləyən mesaj yayımlayıb. Varhelyi mesajında ​​“Avropa Birliyi terrorla mübarizədə Türkiyənin yanındadır” deyib.

Fins.az xəbər verir ki, İstanbul Çağlayan Ədliyyəsi qarşısındakı polis bölməsinə silahlı basqın edilib və hücum nəticəsində bir vətəndaş həyatını itirib. Hücum zamanı 3-ü polis olmaqla 6 nəfər yaralanıb.

Keçid məntəqəsində törədilən terror aktında zərərsizləşdirilən 2 nəfərin terror təşkilatı DHKP/C üzvü olduğunu açıqlayan daxili işlər naziri Ali Yerlikaya hücumdan sonra 25 ünvanda əməliyyat keçirildiyini və 40 şübhəlinin nəzarətə alındığını açıqlayıb.

Avropa Komissiyasının Qonşuluq və Genişlənmədən Məsul üzvü Varhelyi sosial media hesabından Çağlayan Ədliyyəsinə edilən hücumla bağlı açıqlama verərək, "Bu gün İstanbul Çağlayan Ədliyyəsi qarşısında baş verən terror aktını şiddətlə qınayıram. Avropa Birlik terrorla mübarizədə Türkiyənin yanındadır. Yaralılara acil şəfalar diləyirəm".

Günel Məlikzadə
Fins.az