Bukingem Sarayından verilən açıqlamada, Kral Çarlzın prostat böyüməsi səbəbiylə yanvarın sonunda xəstəxanada müalicəsi zamanı "narahatedici" bir şeyin müşahidə edildiyi bildirilib.
Fins.az xəbər verir ki, "Sonrakı testlərdə xərçəng növü diaqnozu qoyuldu" deyilərkən, müntəzəm müalicə proqramına başlanıldığı və həkimlərin Krala ictimai proqramlarını təxirə salmağı tövsiyə etdiyi qeyd edilib.
Kralın rəsmi vəzifələrini davam etdirəcəyi paylaşılan açıqlamada, "Müalicəsinə tamamilə müsbət yanaşır və ən qısa zamanda vəzifəsinə qayıtmağı səbirsizliklə gözləyir" dedi.
Açıqlamada kralın fərziyyələrin qarşısını almaq üçün xəstəliyi ilə bağlı məlumat paylaşmağı seçdiyi də vurğulanıb.
Günel Məlikzadə
Fins.az